Qəzzada HƏMAS liderinin evi mühasirəyə alınıb

İsrail ordusu HƏMAS-ın Qəzza zolağında lideri Yəhya Sinvarın evini mühasirəyə alıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

“Dünən gecə mən dedim ki, bizim qüvvələrimiz Qəzza zolağında istənilən yerə çata bilər. Onlar indi Sinvarın evini mühasirəyə alıblar”, – Netanyahu deyib.

 

BBC-nin məlumatına görə, Sinvar yoxa çıxıb, İsrail ordusu və kəşfiyyatı onun yerini müəyyənləşdirməyə çalışır.

 

 

Gununsesi.info