Almaniyada vətəndaşlıq üçün İsrail şərti

Almaniyanın Saksoniya-Anhalt əyalətindən vətəndaşlıq üçün müraciət edənlər “İsrailin mövcudluq haqqını” dəstəklədiklərini bəyan etməlidirlər.

Gununsesi.info-nun məlumatına görə, əyalət daxili işlər naziri bildirib ki, göndərilən sirkulyarla Almaniya vətəndaşlığı üçün əyalətdə müraciət edənlər İsrailin varlığını qəbul etdiklərini bəyan etməlidirlər və bu, vətəndaşlıq üçün bir şərtə çevrilib.

“Almaniya vətəndaşlığını əldə etmək İsrailin mövcudluq hüququna bağlılığı tələb edir. Buna görə də, vətəndaşlığa qəbul edilməzdən dərhal əvvəl ərizəçilər İsrailin mövcudluq hüququnu tanıdıqlarını və İsrail dövlətinin mövcudluğuna qarşı hər hansı cəhdi pislədiklərini yazılı şəkildə təsdiq etməlidirlər”, – deyə bildirilib.

Ərizəçilər bəyannamə verməkdən imtina etdikdə, vətəndaşlıq şəhadətnaməsinin verilməməsi xahiş olunub.

Gununsesi.info