
Filippinin Antik bölgəsində sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində 17 nəfər həyatını itirib, 7-si ağır olmaqla 11 nəfər yaralanıb.
Gununsesi.info bildirir ki, “Channel News Asia” (CNA) televiziyasının xəbərinə görə, qubernator Rhodora Kadiao mətbuata verdiyi açıqlamada, sərnişin avtobusunun əyləclərinin sıradan çıxması nəticəsində 30 metrlik uçurumdan aşdığını deyib.
İlkin məlumatlara görə, avtobusda olan 17 nəfər ölüb, 11 nəfər isə yaralanaraq bölgədəki xəstəxanalara aparılıb.
Yaralılardan 7-nin vəziyyətinin ağır olduğunu bildirən Kadiao Culasi qəsəbəsinə sərnişin daşıyan avtobusun əyləclərinin işləməməsi nəticəsində döngə yolda xarab olduğunu və uçuruma düşdüyünü bildirib.
Kadiao qəzanın baş verdiyi ərazinin “ölüm döngəsi” kimi tanındığını və bu yaxınlarda daha bir avtobus qəzasının baş verdiyini xatırladıb.
Yaralıların aparıldığı xəstəxanaya baş çəkdiyini qeyd edən Kadiao hökumətin ailələrə müalicə və dəfn xərcləri üçün hər cür dəstəyin göstəriləcəyini deyib.
Gununsesi.info