Qəzza hökuməti: İsrail 1500-dən çox insanın sığındığı iki mərkəzə zərbə endirməklə hədələyir

İsrail ordusu 1500-dən çox insanın sığındığı pravoslav mədəniyyət mərkəzinə və yunan məktəbinə zərbə endirməklə hədələyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin hökumətinin Qəzzadakı mətbuat xidməti “Telegram”da məlumat yayıb.

Qeyd olunur ki, İsrailin hücumlarından 1000 nəfər pravoslav mədəniyyət mərkəzində, 500-dən çox insan isə yunan məktəbində sığınacaq tapır.

Digər məlumatda isə İsrailin xəstəxanaları bombalamaqla birbaşa təhdidlərinin nəticələri və bu obyektlərin boşaldılması tələbləri barədə xəbərdarlıq edilib.

Məlumatda vurğulanıb ki, İsrailin xəstəxanaların ətraf ərazilərini bombalamağa davam etməsi və onlara birbaşa hücum təhdidləri hərbi cinayətdir.

Gununsesi.info