
G7 ölkələrinin ticarət nazirləri artan iqtisadi təzyiqlərə qarşı birgə səyləri artırmaq barədə razılığıa gəliblər.
Gununsesi.info xəbər verir ki, görüşdən sonra yaydıqları birgə bəyanatda nazirlər ticarəti lüzumsuz şəkildə məhdudlaşdıran tədbirlərin aradan qaldırılmasını istəyiblər.
Ticarət rəhbərləri nadir torpaq metalları üzrə ixrac tədbirlərini narahatlıqla izlədiklərini qeyd ediblər.
Nazirlər dayanıqlı yarımkeçiricilər və akkumulyator təchizatı zəncirlərinin qurulması üzrə əməkdaşlığı genişləndirmək və G7 daxilində və ondan kənarda etibarlı tərəfdaşlarla işləmək barədə razılığa gəliblər.
Gununsesi.info