Qətliam kimi qəza: Avtobus yük maşını ilə toqquşdu – 11 nəfər ölüb

Nigeriyanın Kvara əyalətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, əyalətin Bode Saadu-İlorin şossesində sürətlə gələn sərnişin mikroavtobusu hərəkətdə olan yük maşınına çırpılıb.

Qəza nəticəsində 11 nəfər ölüb, 7 nəfər yaralanıb.

Müalicə altında olanlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğunu qeyd edilib.

Gununsesi.info