
Dünən saxlanılan müxalif lider Tofiq Yaqubluya ittiham elan olunub.
Gununsesi.info bildirir ki, şübhəli şəxs qismində saxlanılan müxalif lider təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmaq üçün
Nərimanov Rayon Məhkəməsinə aparılacaq. Müstəntiqin təqdimatı əsasında prokurorluq həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verəcək.
Tofiq Yaqublu dələduzluq cinayətində ittiham olunur. O, ittihamları rədd edir.
Gununsesi.info