Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

  • By ilhame
  • 02 Yanvar 2024 22:49

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 2 ədəd dolab, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb.

 

Gununsesi.info xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 6 m² sahədə və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gununsesi.info