105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Raul Məmmədovun rəqibi Qənirə Paşayevanı debata dəvət etməsi barədə xəbər verişdik. R.Məmmədov namizədlər arasında debatların keçirilməsinin önəmini vurğulayaraq, qeyd etmişdi ki, debatlar namizədlərin seçicilərə nələri vəd etdiyi, hansı proqramlara malik olduqlarının öyrənilıməsi baxımından çox önəmlidir: “Mən rəqibimi debatdan çəkinməməyə çağırıram”.
Ancaq 15 illik deputat təcrübəsi olan Q.Paşayeva növbəti dəfə debatdan imtina edib.
Gununsesi.org xəbər verir ki, bu barədə R.Məmmədov öz Facebook səhifəsində məlumat verib:
“Debat seçki mədəniyyətinin bir qoludur. Rəqibim Qənirə Paşayeva isə debatdan boyun qaçırmaq üçün əvvəl troll ordusu ilə üzərimə gəldi, daha sonra debata gəlməməsini özünəməxsus üsullarla pərdələməyə çalışdı, məni həddimi bilməməkdə günahlandırdı. Elektoratı az olan bir namizəd üçün özünü həddindən yüksəkdə görüb rəqibini alçaltmağa yönəlmiş belə çıxışlar onun az sayda olan seçicisinin sayını da azaldır. Bunun fərqinə varsa, yaxşı olar”.
COMMENTS