
Qəbələdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində, sərnişin 1974-cü il təvəllüdlü İsmayılova Zərifə Cari qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info