Qəbələdə icra nümayəndiliyinin binası yandı

  • By Günel
  • 16 Mart 2025 13:22

Qəbələdə icra nümayəndiliyinin binası yanıb.

Gununsesi.info xəbər verir ki, Qəbələ rayon Daşça kənd İnzibati Ərazi Nümayəndəliyinin inzibati binasında yanğın baş verib.

Yanğın yerinə Qəbələ rayon DYMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 35 k/m olan inzibati bina tamamilə yanıb.  Hadisə zamanı xəsarət alan olmayıb.

Gununsesi.info