
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub.
Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə az öncə Mingəçevirdə Rəsul Rza və Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib.
İki minik avtomobilinin iştirakı ilə baş verən qəzanın kəsişmənin tam mərkəzinə təsadüf etməsi nəqliyyatın hərəkətinə məhdudiyyət və problem yaradıb.
Faktla bağlı araşdırma başlanıb.