Putin: Qərb yardım etməsə, Ukraynanın 1 həftəlik ömrü qalar

  • By arzu
  • 06 Oktyabr 2023 13:28

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna savaşı ilə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın döyüşləri davam etdirməsinin Qərbin yardımları ilə əlaqələndirən Rusiya Prezidenti Soçi şəhərindəki bir toplantıda çıxışı zamanı belə deyib:

“Qərb yardım etməsə, Ukraynanın 1 həftəlik ömrü qalar. Tədarüklərin dayandığını düşünün. Sursat bitdikdə, Ukraynanın yaşamaq üçün yalnız 1 həftəsi qalar”.

Qərbin rəsmi Kiyevə kömək etməsini hədəf alan Rusiya lideri ölkəsinin üstünlüklərini dilə gətirib.

Xatırladaq ki, 2022-ci ilin fevralında savaş başlayandan bəri Amerika və Qərb ölkələri Ukraynaya milyardlarla dollar maddi və hərbi yardımlar edib.

Mütəxəssislər dəstək olmazsa, Ukraynanı bu savaşda duruş gətirə bilməcəyini xüsusi vurğulayırlar.

 

Tərcümə: Arzu

Gununsesi.info