
Rusiya Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.