
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İkitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilərək, siyasi, ticarət və iqtisadi sahələrdə, o cümlədən nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi vurğulanıb”, – mətbuat xidmətinin məlumatında deyilir.
Tərəflər Rusiya və İranın müvafiq departamentləri arasında əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər.
Gununsesi.info