
“Azərişıq” ASC Kəlbəcər rayonunun Alagöllər kəndi ərazisinə 35KV-luq elektrik enerjisi xətti çəkir.
Gununsesi.info xəbər verir ki, 22 km məsafədə çəkilən xətt Alagöllər ərazisinin işıqlandırılması üçün istismar ediləcək.
Alagöllər ərazisini işıqlanadırmaq məqsədi ilə ÖİN kabel xəttindən istifadə edilib və 2 ədəd 250 kVA gücündə transformator quraşdırılıb.
Qeyd edək ki, sovet dövründə belə, bu ərazidə elektrik xətti olmamışdı.
Gununsesi.info