Etirazçılarla polis arasında  TOQQUŞMA

Moldovanın paytaxtı Kişinyovun mərkəzində polislə etirazçılar arasında toqquşma baş verib.

Gununsesi.info xəbər verir ki, polis nümayişçilərin şəhər mərkəzinə girişini əngəlləyib.

Məlumata görə,etirazçılar isə bir neçə dəfə kordonu yarmağa cəhd edib.

Etirazlar zamanı bir neçə nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları şəhərin mərkəzini mühasirəyə alıb və yoldan keçənləri yoxlayırlar.

Gununsesi.info