
Ronald Reyqan administrasiyası dövründə Ağ Evdə çalışmış Pol Kreyq Roberts bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyanı Qara dənizə çıxışından məhrum etmək planını pozub.
Gununsesi.info “TASS”-a istinadla xəbər verir ki, Roberts bu barədə öz internet səhifəsində yazıb:
“Putin çox yaxşı başa düşürdü ki, Ukraynadakı Amerikanın marionet hökuməti icarə müqaviləsini ləğv edəcək və bununla da Rusiyanı Qara dənizə və onun vasitəsilə Aralıq dənizinə çıxışını bağlayacaq”,
O qeyd edib ki, Rusiya prezidenti referendumdan sonra Krımı Rusiyanın tərkibinə qəbul etməklə düzgün addım atıb.
Gununsesi.info