Polşa Senatı Rusiya ilə bağlı qərar verdi

Polşa Respublikası Senatı (parlamentinin yuxarı palatası) Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi rəsmən tanıyıb.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Senat xüsusi qətnamə qəbul edib.

Qeyd edək ki, bundan əvvəl Estoniya parlamenti də Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanımışdı.

Gununsesi.info