Putin 150 min vətəndaşın məcburi hərbi xidmətə çağırılması haqqında fərman imzaladı

  • By Mina
  • 01 Aprel 2024 11:58

Rusiya prezidenti Vladimir Putin 18-30 yaş arası 150 min vətəndaşın yaz mövsümü üçün məcburi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremldən verilən açıqlamada bildirilib.

Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası ötən ilin iyulunda məcburi hərbi xidmət üçün yuxarı yaş həddinin 27-dən 30-a qaldırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bu qanun  yanvarın 1-dən qüvvəyə minib.

Gunuynsesi.info