
Xalqa Xidmət Hərəkatının(XXH) Başqanı rəhbəri olduğu siyasi qurumun gələcəyi və ölkədəki durumla bağlı saytımıza açıqlama verib.
Gununsesi.info xəbər verir ki, gənc siyasətçi çıxışında bildirib ki, Azərbaycanda bu siyasi durumda mübarizə aparmaq çətindir.
Daha sonra Sayadoğlu bunları deyib:
“Təhlükələr var, ancaq çəkinmirik. Biz xalqımız və ölkəmiz üçün çalışrıq. Cəsarət ölümü öldürmək deməkdir. Bu millətin taleyinin məsuliyyətini çiyinlərimizə almaqda israrlıyıq. Aralarımızdan yaşarkən əfsanə olacaq insanlar çıxacağına əminəm”.
XXH Başqanı hər bir siyasi quruma hörmətlə yanaşdıqlarını və çəkinmədən ölkədəki durumu və xalqın çətinliklərini dilə gətirəcəklərini bildirib.
“Hər kəsə hörmətlə yanaşırıq. Xalqa Xidmət Hərəkatı Azərbaycan xalqının və vətənimizin maraqlarının zəmanətçisidir. Hər cürə küskünlükləri ortadan qaldıraraq birlikdə bu millətin gələcəyini inşa etməliyik”.
Siyasətçi bildirib ki, Azərbaycanın yerləşdiyi bölgə, tarixin yüklədiyi məsuliyyət hər kəsdən xalq üçün birlikdə olmağı tələb edir.
“Milli-demokratik cihad edərək xalq yolunda müqəddəs addımlar atmalı və bir an öncə bu ölkənin siyasi rəngini dəyişdirməliyik. Azərbaycan türk və İslam dünyası üçün, son dərəcə strateji bir hərbi hissə deməkdir. Azərbaycan gürcü, rus və ermənilərlə çevrələnən və 3 xristian ölkənin əhatəsində, öz dəyərlərini qoruyaraq və gələcəyinə sahib çıxaraq ayaqda qala bilib. Bu tarixi dərsi gözardı etməməliyik”.
Daha sonra XXH Başqanı Sayadoğlu hökuməti ölkənin tarixi, hüquqi, siyasi və geostrateji özəlliklərini nəzərə alaraq məsuliyyətli olmağa çağırıb.
Tərcümə: Arzu