Prezidentin köməkçisindən Kəlbəcərdəki faciə ilə bağlı BMT-yə XATIRLATMA

BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul olunmuş 1738 saylı qətnaməsi münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin mülki şəxs kimi qəbul olunmasını nəzərdə tutur.

Gununsesi.info-nun məlumata görə, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “BMT TŞ qətnaməsi 1738 – Jurnalistlər, media işçiləri, silahlı münaqişə dövründə təhükəli missiyalar yerinə yetirəm əlaqəli şəxslər mülki şəxs kimi qəbul olunmalı və qorunmalıdır”.