
“Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir”.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyinin feysbuk səhifəsində qeyd edilib.
“Azərbaycan vətəndaşları, o cümlədən AzTV və AZƏRTAC Xəbər Agentliyinin əməkdaşlarının həlakı barədə xəbər bizi son dərəcə sarsıtdı. Yaralananlara şəfa diləyirik. Təəssüflər olsun ki, Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir”, – deyə səfirlik qeyd edib.
Gununsesi.info