Prezident Zar kəndinə pul ayırdı

“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Kəlbəcər rayonunun Zar kəndində mühüm infrastruktur layihəsinin icrasına başlayır.

Gununsesi.info xəbər verir ki, quruma kəndin xarici su təchizatı, eləcə də tullantı su şəbəkələrinin və müvafiq qurğuların tikintisi ilə bağlı 7.181.133,08 AZN vəsait ayrılıb.

Layihənin məqsədi kənddə müasir standartlara cavab verən su və kanalizasiya sisteminin yaradılmasıdır.

Gununsesi.info