İraq məhkəməsi nümayişçilərə divan tutan zabiti edam cəzasına məhkum edib

İraq məhkəməsi nümayişçilərə divan tutan zabiti edam cəzasına məhkum edib

Gununsesi.org xəbər verir ki, bu barədə “Mavazin News” portalı məlumat yayıb.

Gələn informasiyalara görə, ölkənin şərqində yerləşən Basit əyalətinin Cəza məhkəməsi İraq Cinayət Məcəlləsinin 406-cı maddəsinə müvafiq olaraq Silahlı qüvvələrin çevik alayının mayoru Kaım Malik haqqında ölüm cəzası hökmünü verib. İşdə adı keçən digər iraqlı zabit isə 7 il həbs cəzasına məhkum edilib.

Hər iki zabit hökumət əleyhinə keçirilən mitinqlərdə iki iştirakçını qətlə yetirməkdə təqsirləndirilirdi.

Qeyd etmək lazımdır ki, İraqda oktyabr ayının əvvəlindən əhali ölkədə baş alıb gedən korrupsiya, işsizlik və həyat səviyyəsinin pisləşməsi səbəbindən küçələrə çıxıb. Aksiyalar artıq iğtişaşa çevrilib və hökumət qüvvələri buna sərt reaksiya göstərir. Etirazçılar hökumətin istefasını və növbədənkənar parlament seçkilərin keçirilməsini tələb edirlər.

Son məlumatlara görə, iğtişaşlar zamanı 400 dinc sakin həlak olub, 15 mindən çox zərərçəkən var.
Artıq İraqın baş naziri Adil Əbdül Mehdi istefa bu həftənin cümə günü istefa qərarını açıqlayıb.

 

 

Gununsesi.org 

COMMENTS