AVRO-2020-nin seçmə mərhələsinin X turu çərçivəsində Türkiyə yığması səfərdə Andorranın qonağı olub.
Gununsesi.org xəbər verir ki, oyun türklərin 2:0 qələbəsi ilə başa çatıb.
“Ay-ulduzlular”ın heyətində hər iki topu hücumçu Enes Ünal vurub.
Türkiyə millisi 23 xalla H qrupunda ikinci yerdə qərarlaşıb. Birinci yerdə isə albanları yenən hazırkı dünya çempionu Fransa millisi yer alıb.
Xatırladaq ki, Fransa və Türkiyə AVRO-2020-nin final mərhələsinə bir tur əvvəldən vəsiqə qazanıb.
COMMENTS