Pompeo Türkiyəni savaşla hədələdi, Rusiya cavab verdi

Pompeo Türkiyəni savaşla hədələdi, Rusiya cavab verdi

ABŞ Türkiyəyə qarşı hərbi güc tətbiq etməyəcək.

Gununsesi.org xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev deyib. O, Vaşinqtonun son bəyanatla öz qətiyyətini və kürdləri (YPG nəzərdə tutulur – red.) unutmadığını göstərməyə çalışdığını bildirib.

Kosaçev Pompeonun son bəyanatının ABŞ-ın niyyətindən daha çox, Ərdoğanla polemikanın Pompeo səviyyəsində davam etdirilməsinə cəhd xarakteri daşıdığına bənzədiyini bildirib.

Qeyd edək ki, bundan öncə Pompeo ABŞ-ın Türkiyəyə qarşı hərbi güc tətbiq edə biləcəyini iddia edib. Amma o, hərbi gücün tətbiqinə Türkiyənin hansı addımlarının səbəb ola biləcəyini açıqlamayıb.

 

Gununsesi.org

COMMENTS