“Qarabağ”ın oyununa 25 min bilet satılıb

“Qarabağ”ın oyununa 25 min bilet satılıb

“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandası ilə keçirəcəyi görüşə 25 min bilet satılıb.

Gununsesi.org xəbər verir ki, klubdan Trend-ə verilən məlumata görə, oktyabrın 24-də baş tutacaq oyuna hazırlıqlar davam edir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL qarşılaşmasında bayraq aksiyası təşkil ediləcək.

Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.

 

Gununsesi.org

COMMENTS