Rusiyanın “Proqres” klubunun futbolçusu İvan Vşikov öldürülüb.
Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı onun anası Olqa Vşikov verib.
Onun sözlərinə görə polislər tərəfindən tutulan oğlu yandırılaraq öldürülüb. Olqa Vşikov bildirib ki, oğlunun üzərinə qaynar su tölülüb: “Həkimlər dedilər ki, oğlumun bədəninin 70 faizi yanıb. Onun üzərinə qaynar su töküblər. Bu cinayət hadisəsidir. Polislərlə bağlı şikayət edəcəm”.
Qeyd edək ki, evli olan İvan Vşikovun 2 övladı var. O, bu yaxınlarda kiçik xuliqanlıq əməlinə görə saxlanılmışdı.
Gununsesi.org
COMMENTS