Polşada mədəndə partlayış: 4 nəfər öldü, 2 yaralı

Polşanın cənubundakı Yavorzno şəhərində kömür mədənində baş verən partlayış nəticəsində 4 şaxtaçı həlak olub, biri ağır olmaqla ikisi yaralanıb.

Gununsesi.info xəbər verir ki, Katovitse Ali Mədən İdarəsinin yaydığı açıqlamada partlayışın ventilyasiya şöbəsindən ezam olunmuş 6 nəfərlik bir qrup şaxtada doldurma borusunu təmizləmək üçün boru kəmərinə su doldurarkən baş verdiyi bildirilib.

Partlayış yerin təxminən 600 metr altında baş verib. Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilir.

Gununsesi.info