
Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları İŞİD terror təşkilatının xeyrinə fəaliyyətdə şübhəli bilinən rusiyalını saxlayıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə Polşanın RMF FM radiosu məlumat yayıb.
Prokurorluqdan bildirilib ki, saxlanılan şəxs Rusiyanın Qafqazdan olan vətəndaşıdır.
İstintaqın məlumatına görə, o, Polşaya gəlməzdən əvvəl Suriyada döyüş əməliyyatlarında iştirak edib.
Həmin şəxsin silahlı terror qruplaşmalarına qoşulduğu iddia edilir. Prokurorluq bildirib ki, o, əvvəlcə “Cəbhət ən-Nusra”, sonra “Əl-Qaidə” terror təşkilatının sıralarında olub və bu yaxınlarda İŞİD terror təşkilatına qoşulub.
Rusiya vətəndaşı artıq beynəlxalq terror təşkilatlarının xeyrinə fəaliyyətdə ittiham olunub. Onu səkkiz ilə qədər həbs gözləyir.
Məhkəmə saxlanılan barəsində üç aylıq həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, dekabrda Lyublin məhkəməsi Rusiya, Belarus və Ukraynanın 14 vətəndaşını casus qrupun tərkibində Moskvanın xeyrinə təxribat hazırlamaqda təqsirli bilib.
Gununsesi.info