
Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənın Ankaradakı məzarı abadlaşdırılır.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Rəsulzadənin Ankardakı Əsri qəbirstanlığında yerləşən məzarının abadlaşdırma işləri onun vəfatının ildönümündə, martın 6-da başa çatacaq.
Qeyd edək ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə dair tədbirlər planının həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə tapşırıq verilib.
Gununsesi.info