
Polşanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında məlumat verib.
“Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, – o yazıb.
Polşa səfirinin avtomobili Xarici İşlər Nazirliyinin binasına doğru gedib.
Yarım saat keçməmiş səfir XİN-i tərk edib.
Qeyd edək ki, noyabrın 15-də axşam saatlarında Polşa Xarici İşlər Nazirliyi respublikanın şərqindəki Prjevoduv qəsəbəsi ərazisinə iki raketin düşməsi, nəticədə iki nəfərin həlak olması barədə məlumat yayıb.
Gununsesi.info