
Bu il Bakı Şəhəri üzrə prokurluq orqanlarının 6 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2023-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib.
Bundan əlavə, 1 nəfərə irad tutulub, 1 nəfər isə tutduğu vəzifədən azad edilib.