Polad Bülbüloğlu yayılan boşanma və üçüncü evlilik xəbərlərinə münasibət bildirib

  • Müəllif: Orxan
  • 26 Avqust 2026 13:42

Azərbaycanın Rusiyadakı sabiq səfiri, Xalq artisti Polad Bülbüloğlu haqqında yayılan boşanma və üçüncü dəfə evlənməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalist Yaşar İsakov məlumat yayıb.

Onun sözlərinə görə, Polad Bülbüloğlu ilə telefonla danışıb.

Hazırda Türkiyədə olan Xalq artisti sentyabrın əvvəlində Bakıya qayıdacağını bildirib.

Polad Bülbüloğlu yayılan xəbərləri gülüşlə qarşılayıb. O, Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini deyib.

Xalq artisti belə xəbərləri yayanlara isə ironik şəkildə uzun və sağlam ömür arzulayıb və “hətta 81 yaşında evlənməyi” arzuladığını bildirib.

Elmar

Gununsesi.info