Sərhəddə nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırıldı

  • Müəllif: Orxan
  • 26 Avqust 2026 13:09
sərhəd gömrük

Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Hazırda Azərbaycandan çıxış istiqamətində “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 330, “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.

Gununsesi.info