“Bu gün Azərbaycan xalqı və bütün Qafqaz üçün əlamətdar gündür – ölkə Prezidenti İlham Əliyevin doğum günüdür.
Prezident İlham Əliyev Azərbaycanın tarixi və müasir siyasətində mühüm rol oynayıb. O, Azərbaycan torpaqlarını azad etmiş, ölkədə sülh və sabitliyi bərqərar etmiş və Azərbaycanı regional və qlobal siyasətdə əhəmiyyətli oyunçuya çevirmişdir”.
Gununsesi.info bildirir ki, bu fikirləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz sosal şəbəkə hesabında yazıb.
“Müasir tarixdə az sayda lider bu cür uğurlarla öyünə bilər. İlham Əliyevin adı tarixə qızıl hərflərlə yazılıb və əsrlər boyu xatırlanacaq.
Prezidentlə əməkdaşlıq etmiş şəxslər onun dürüstlük və sarsılmazlıq nümunəsi olduğunu vurğulayır, onu əsl lider hesab edirlər.
Azərbaycan xalqı və ölkə rəhbərliyi Prezident İlham Əliyevə uzun ömür, sağlamlıq və Azərbaycan üçün firavanlıq arzulayır”.
Şəbnəm












