“Balaca Heydərin iki oğlu var” — Prezident

  • By Ayshan
  • 25 Dekabr 2025 09:40

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.

Gununsesi.info  xəbər verir ki, görüş zamanı Ağdam sakini ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.

Maarif Hüseynov: Erməni sevinəcəkdi, deyəcəkdi, Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm Sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.

Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb (gülür).

Maarif Hüseynov: Çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.

Mehriban xanım Əliyeva: Çox sağ olun.

Prezident İlham Əliyev: İki uşağı var.

Sakinlər: Allah saxlasın.

Prezident İlham Əliyev: İki oğul.