
İspaniya La Liqasının XVIII turunun “Osasuna” – “Real” oyunu təxirə salına bilər.
Buna səbəb hava şəraitinin pisləşməsidir.
İspaniyanın bir çox şəhərində güclü qar uçuşlara təsir edib. Hətta hər iki komanda son məşqlərini ləğv etmək məcburiyyətində qalıb. Matçın baş tutacağı gün də Pamplona şəhərində güclü qarın yağması və fırtına proqnozlaşdırılır.
Qeyd edək ki, “Osasuna” – “Real” oyunu yanvarın 9-da keçirilməlidir.