
İtaliyanın “Yuventus” klubu Nikola Rovellanın transferini razılaşdırıb.
Gununsesi.org xəbər verir ki, Apasport.az saytının məlumatına görə, “Cenoa”nın yarımmüdafiəçi yalnız mövsümün sonunda yeni klubuna qoşulacaq.
O, bu müddətdə də Genuya təmsilçisində çıxış edəcək. Anlaşmaya əsasən Rovella mövsümün sonunadək indiki komandasında icarədə olacaq.