Məmmədyarovdan Rəcəbova təbrik: “Bu il bizim ilimizdir”

  • By arzu
  • 04 Yanvar 2021 13:58

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Airthings Masters” turnirinin qalibi olan Teymur Rəcəbovu təbrik edib.

Gununsesi.org xəbər verir ki, 35 yaşlı qrossmeyster bu barədə “Facebook” hesabında paylaşım edib.
“Bu il bizim ilimizdir. Təbrik edirəm, Tima. Uğurlarının davamı gəlsin” – deyə qeyd olunub.
Xatırladaq ki, Teymur Rəcəbov finalda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edərək çempion olub.

Gununsesi.org