Peyçinoviç: Bakı və İrəvan arasında qarşılıqlı inam gücləndirilməlidir

  • By admin
  • 28 Sentyabr 2021 19:08

Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır.

Gununsesi.info  Report-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın payız sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlayıb:

“Qarşılıqlı inamı gücləndirən tədbirlər münaqişədən sonrakı mərhələdə vacibdir və əhəmiyyətli rola malikdir. Lakin bu yalnız hər iki tərəfin razılığı olması zamanı mümkündür”.

Baş katib qadınların bu məsələdəki roluna da toxunub: “Bu məqsədlə siyasətdən uzaq mövzular ətrafında müzakirələr aparmaq məqsədəuyğundur. Qadınların rolu mövzusu ən məsləhətli mövzulardan biridir.”

Gununsesi.info