Yeni virus sürətlə yayılır - ÜST

  • By ilhame
  • 20 Dekabr 2023 22:13

Koronavirusun Omikron ştammının alt variantı sürətlə yayılır.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan statistika barədə məlumat yayıb.

 

“JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb.

 

ÜST sözügedən virusun hazırda ictimaiyyət üçün az riskli olduğunu qeyd edib. Lakin Covid-19 və digər infeksiyaların bu qış arta biləcəyi barədə də xəbərdarlıq edib.

 

“Qrip, respirator viruslar və uşaqlıq pnevmaniyası kimi viruslar da şimal yarımkürəsində artmaqdadır”,- deyə məlumatda qeyd olunub.

Gununsesi.info