Konstitusiya Məhkəməsinin hakimləri üçün yeni İMTİYAZ

  • By Mina
  • 05 Aprel 2024 16:06

Konstitusiya Məhkəməsinin hakimləri ezamiyyə xərclərinin 1 günlük normasına tətbiq olunan əlavələrin həcmi artırılıb.

 

Gununsesi.info xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarda dəyişiklik edib.

 

Konstitusiya Məhkəməsinin hakimləri ezamiyyə xərclərinin 1 günlük normasına 50 faiz əlavə veriləcək. Bundan əvvəl bu, 30 faiz olub.

 

Gununsesi.info