Vatikanda Azərbaycan səfirliyi açılacaq

Azərbaycan Vatikanda səfirlik açacaq.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Milli Məclisi “Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini müzakirə edib.

Layihə barədə deputatlara Beynəlxalq əlaqəlar və parlamentlərarası müansibətlər komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Daha sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununlada Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyi təsis edilib.

Gununsesi.info