“Ermənistanda koronavirusa yoluxmuş 650 pasiyentin vəziyyəti ağır və ya həddindən artıq ağırdır”.
Gununsesi.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş Nazir Nikol Paşinyan deyib:
“Hazırda bizim 10,9 min aktiv koronavirus xəstəmiz var. Onlardan 2106-sı xəstəxana şəraitində müalicə olunur. 536-nın vəziyyəti ağır, 117-nin vəziyyəti isə həddən artıq ağırdır. 1730 nəfərə pnevmoniya diaqnozu qoyulub”.
Paşinyan bildirib ki, ötən ilin iyun ayı ilə müqayisədə cari ilin iyununda ölkədə ölüm səviyyəsi 30% artıb.
“Əlbəttə, statistikadakı dəyişiklik tamamilə koronavirusla əlaqəli deyil, ancaq Covid-19-la bağlı vəziyyətin də bu faktora təsiri var”, – deyə erməni nazir bildirib.
Qeyd edək ki, Ermənistanda martın 16-dan iyulun 13-dək fövqəladə vəziyyət elan edilib. Ölkədə koronavirusa yoluxanların sayı 26 mindən çoxdur. 453 nəfər isə dünyasını dəyişib.
Gununsesi.org
COMMENTS