Ölkənin hüquq ictimaiyyətininin məhkəmə sistemi, xüsusilə, Bakı Apellyasiya Məhkəməsi barədə akı tənqidi fikirləri çöxalmaqdadır.
Bu arada tanınmış vəkil Ceyhun Yusifov da Bakı Apellyasiya Məhkəməsi haqqında danışıb.
Gununsesi.org-a açıqlamasında vəkil deyib ki, Azərbaycanda ən ədalətsiz məhkəmə Bakı Apellyasiya Məhkəməsidir:
“Bu məhkəmənin cinayət kollegiyasının qapısından mənim rastlaşdığım ədalət keçməyib. Azərbaycanda məhkəmə hüquq islahatları aparmaq istəyiriksə, ilk öncə Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyevdən başlamaq lazımdır. Çünki onun “səyi” nəticəsində həmin məhkəmənin ədalət tərəzisinin nizamı itmişdir . Bu halı təsdiq edən təkcə mənim əlimdə yüzlərlə fakt var. Məhkəmə institutlarının ədalətli və ictimai nəzəri ən çox sarsıdan Bakı Apellyasiya Məhkəməsidir”.
Gununsesi.org
COMMENTS