Lerikdə maşın dərəyə yuvarlanıb, ölənlər və yaralananlar var.
Gununsesi.org bildirir ki, APA-nın verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb.
UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində üç nəfər həyatını itirib.
İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org
COMMENTS