
“Ötən 2021-ci il Ermənistan üçün çətin il oldu”.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Yeni il münasibətilə təbrik edərkən deyib.
“2021-ci il müharibənin dəhşətləri səbəbindən yaranan sosial-psixoloji və siyasi böhranla başladı. Bəzən elə təəssürat yaranırdı ki, müharibədən sonraki həyəcan idarəolunmaz hal alacaq, xaosa və vətəndaş qarşıdurmasına çevriləcək”, – deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan hələ müharibənin sarsıntısını dəf etməyib və hələ uzun müddət də etməyəcək.
Gununsesi.info