Onların dirçəlməsinin əsas səbəbi budur – Deputat

“Çox təəssüf ki, torpaqlarımızın bir hissəsində hələ də separatçı qurum fəaliyyət göstərməyə davam edir. Bu azmış kimi, torpaqlarımızda bizə qarşı təxribatlar törədirlər”.

Gununsesi.info bildirir ki, bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, onların bizim ərazimizdən çıxarılması Rusiya sülhməramlılarının vəzifəsi idi: “10 noyabr razılaşmasına uyğun olaraq terrorçu dəstələr torpaqlarımızdan çıxarılmalı idi. Onlar rus sülhməramlılarının arxasında gizlənərək vətəndaşlarımıza qarşı təxribatlar törədirlər. Getdikcə dirçəlirlər və bunun da əsas səbəbi Rusiya sülhməramlılarının onları dəstəkləməsidir. Yəni onlar separatçı dəstələrin torpaqlarımızdan təmizlənməsinə mane olurlar. Vətəndaşımızın Qarabağda atəşə tutulması da orada yerləşən sülhməramlıların problemidir. Onların istəyi budur ki, daxilimizdə hər zaman problem olsun. Bununla da onlara hər zaman ehtiyac olduğunu göstərmək istəyirlər. Rusiya sülhməramlıları ermənilərin həyata keçirdiyi insidentlərin qarşısını almaq əvəzinə, onların təxribatları qarşısında susur. Azərbaycan torpaqlarını separatçılardan təmizləmək üçün heç bir dövlətdən icazə almayacaq. Bu, bizim suveren dövlət kimi hüququmuzdur”.

Gununsesi.info